Bank Of Baku

Allahşükür Paşazadə: “İnsan ya Həccə getməlidir, ya da alverə, zəvvarlarımız 100-200 kiloqram yüklə qayıdırlar”

Allahşükür Paşazadə: “İnsan ya Həccə getməlidir, ya da alverə, zəvvarlarımız 100-200 kiloqram yüklə qayıdırlar”
# 13 dekabr 2011 15:55 (UTC +04:00)
Baqaj üçün bütün dünyada qəbul olunmuş limit 30 kiloqramdır, bundan artığına icazə verilmir. Bizim zəvvarlarımız isə 100-200 kiloqram yüklə qayıdır və deyirlər ki, mənim baqajım mütləq Azərbaycana aparılmalıdır. Belə olduqda isə uçuşa icazə verilmir və bundan bileti həmin təyyarəyə alınan, 10-20 kiloqramlıq əşyası olan digər zəvvarlar əziyyət çəkirlər. İnsan ya Həccə getməlidir, ya da alverə”. APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

Şeyx bildirib ki, Həcc ziyarətindən əvvəl QMİ tərəfindən zəvvarlar üçün xüsusi hazırlıq kursları keçirilir: “Təəssüf ki, zəvvarlarımız bu kurslara biganə yanaşırlar və ziyarət zamanı bəlli olur ki, təlimatlardan xəbərsizdilər. Biz öz borcumuzu yerinə yetiririk. Ancaq gələcəkdə bu məsələlərə baxılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR