Bank Of Baku

Hacı Allahşükür Paşazadə: “Növbəti illərdə zəvvarlara Azərbaycandan Həcc ziyarətinə yalnız təyyarə ilə getmək təklif olunması gözlənilir”

Hacı Allahşükür Paşazadə: “Növbəti illərdə zəvvarlara Azərbaycandan Həcc ziyarətinə yalnız təyyarə ilə getmək təklif olunması gözlənilir”
# 13 dekabr 2011 15:57 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Növbəti illərdə Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar üçün yalnız təyyarə variantının təklif olunması gözlənilir. APA-nın xəbərinə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, artıq Türkiyə, Rusiya, İran və digər ölkələr zəvvarları Həcc ziyarətinə avtobusla göndərmirlər: “Hamısı təyyarə ilə göndərir. İndiyədək şəxsi nüfuzundan istifadə edərək, avtobuslarımızın keçdiyi dövlətlərin rəhbərlərindən zəvvarlarımızın təhlükəsizliyinin təmin olunması üçün xahiş edirdim. Ancaq çoxlu hadisələr, çətinliklər baş verir, hər dəfə xahiş etmək olmur. Nəticədə zəvvarlarımız həyatı təhlükə altına düşə bilər. Bu kimi səbəblərlə əlaqədar yəqin ki, biz də təyyarə ilə göndərmək variantını seçəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR