Bank Of Baku

Dövlət Komitəsi: Dini sahədə baş verən qanun pozuntuları bir çox halda eyni dini icma və şəxslər tərəfindən təkrarlanır

Dövlət Komitəsi: Dini sahədə baş verən qanun pozuntuları bir çox halda eyni dini icma və şəxslər tərəfindən təkrarlanır
# 14 dekabr 2011 14:03 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilmiş müvafiq dəyişikliklərlə bağlı açıqlama yayıb. DQİDK-nin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada müvafiq qanunvericilik aktlarına edilmiş dəyişikliklərin hamısı sadalanıb: “İnzibati Xətalar Məcəlləsinə 300.0.1-ci və 300.0.2-ci maddələr əlavə edilib. Bunların əlavə olunması qanunsuz olaraq dini təhsil almaq üçün vətəndaşların xaricə göndərilməsinin, din xadimlərinin mübadiləsinin, İslam dininə aid ayin və mərasimlərin Azərbaycan Respublikasından kənarda dini təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsinin qarşısını alır. Həmin maddəyə əlavə edilmiş qeyd, yəni əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən qanunsuz olaraq dini təbliğat apararaq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını yaymaqla (satmaqla) törədildikdə cinayət məsuliyyətinə səbəb olunması həmin vətəndaşların din sahəsində məsuliyyətini daha da artırır. Həmin maddədə nəzərdə tutulmuş əməllərin pozulmasına görə inzibati tənbeh dəyişdirilmədən saxlanılıb”.

Dövlət Komitəsi bildirir ki, Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavə və dəyişikliklərin olunması dini durumdakı mövcud reallıqlardan qaynaqlanıb: “Araşdırmalar göstərir ki, bu sahədə baş verən qanun pozuntuları bir çox hallarda eyni dini icmalar və şəxslər tərəfindən təkrarlanır. Hətta, bəzi məqamlarda həmin dini qurumlar və şəxslər bilərəkdən qanunvericiliyin tələblərini pozaraq, dini təbliğat aparır, zərərli dini ədəbiyyat yayırlar. Müvafiq dövlət qurumları bununla bağlı lazımi tədbirlər gördükdə isə kiçik məbləğdə olan cərimələri ödəməklə kifayətlənirlər. Bu baxımdan əminliklə demək olar ki, dini fəaliyyət sahəsindəki qanunvericilik bazasının təkmilləşdirilməsi həm zərərli dini ədəbiyyatın yayılmasının, həm də qanunsuz dini təbliğatın aparılmasının qarşısının alınmasında, eləcə də dini durumda gedən proseslərin daha da şəffaflaşmasında önəmli rol oynayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR