Bank Of Baku

Həcc ziyarətinə gedən zəvvarlardan birinin ziyarəti başa vurmamış Azərbaycana qaytarıldığı məlum olub

Həcc ziyarətinə gedən zəvvarlardan birinin ziyarəti başa vurmamış Azərbaycana qaytarıldığı məlum olub
# 14 dekabr 2011 15:30 (UTC +04:00)
APA-nın məlumatına görə, bu, həmin vətəndaşın ruhi xəstəliyi ilə əlaqədardır (vətəndaş ruhi xəstə olduğundan adı açıqlanmır). Belə ki, Həcc ziyarətinə yollanan vətəndaş yolboyu digər zəvvarlara problem yaradıb. Bu səbəbdən o, Həcc ziyarətinə başa vurmamış Azərbaycan Həcc missiyasının təşkilatçısı olan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən Azərbaycana gətirilib. Avtobusla getməsinə baxmayaraq, həmin zəvvar ölkəyə təyyarə ilə gətirilib və doğmalarına təhvil verilib.

Qeyd edək ki, zəvvarlar Həcc ziyarətinə yollanmazdan əvvəl Azərbaycanda müvafiq tibb qurumlarından sağlamlıq haqqında arayış almalıdır. Ziyarəti yarımçıq qoyulmuş zəvvar da analoji arayış alıbmış. Lakin onun arayış sənədini hansı yolla əldə etdiyi məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR