Bank Of Baku

Allahşükür Paşazadə: “İslam və terror sözlərinin yanaşı çəkilməsi düzgün deyil”

Allahşükür Paşazadə: “İslam və terror sözlərinin yanaşı çəkilməsi düzgün deyil”
# 15 dekabr 2011 10:53 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə bu gün Kazana səfər edib. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın APA-ya verdiyi məlumata görə, A. Paşazadə burada keçirilən terrorizmlə mübarizəyə həsr olunmuş beynəlxalq konfransa qatılıb. Şeyxülislam konfransın Rəyasət Heyətində Tatarıstanın Müsəlman-Ruhani İdarəsinin rəhbəri İldus Fayzovla birgə təmsil olunub.

QMİ sədri tədbirin birinci hissəsində məruzə ilə çıxış edib. O, konfransın əhəmiyyətindən danışıb və deyib ki, İslam və terror sözlərinin yanaşı çəkilməsi düzgün deyil.

Tatarıstanın Müsəlman-Ruhani İdarəsinin təşkilatçılığı ilə keçirilən konfransda alimlər, ruhanilər, ekspertlər, ictimai xadimlər və respublikanın güc strukturlarının nümayəndələri iştirak edirlər. Konfrans dekabrın 16-da başa çatacaq.

QMİ sədri Kazana səfəri çərçivəsində Tatarıstan Respublikasının rəhbərliyi, həmçinin buradakı Azərbaycan diaspora nümayəndələri ilə görüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR