Bank Of Baku

Allahşükür Paşazadə: “Qafqazın layiqli gələcəyi üçün ruhanilər əllərindən gələni əsirgəməməlidirlər”

Allahşükür Paşazadə: “Qafqazın layiqli gələcəyi üçün ruhanilər əllərindən gələni əsirgəməməlidirlər”
# 21 dekabr 2011 11:22 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Qafqaz Xalqlarının Ali Dini Şurasının toplantısında çıxışı zamanı deyib. A. Paşazadə qeyd edib ki, ənənəvi mənəvi dəyərlərin qorunması indi əvvəlki dövrlərdən daha çox tələb olunur: “Öz fəaliyyəti dövründə şura əsas prinsiplərə sadiq qalaraq, xalqlar arasında qarşılıqlı hörmət etimadı saxlayıb və bunun davam etdirilməsinə nail olub”.

Şeyxülislam bildirib ki, şuranın mütəmadi toplaşması Qafqazda dialoqun, qarşılıqlı anlayışın və əməkdaşlığın mövcudluğunun göstəricisidir: “Bu məsələdə region dövlətlərinin balanslaşdırılmış və xalqların maraqlarına cavab verən siyasi addımları da mühüm məsələlərindən biridir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR