Bank Of Baku

Qafqaz Xalqları Ali Dini Şurasının toplantısı keçirilib

Qafqaz Xalqları Ali Dini Şurasının toplantısı keçirilib
# 21 dekabr 2011 12:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bakı şəhərində Qafqaz Xalqları Ali Dini Şurasının toplantısı keçirilib. APA-nın məlumatına görə, yığıncaqda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə hesabat xarakterli çıxış edib.

A. Paşazadə Qafqazda dini vəziyyət, xalqlar arasında sülh və əmin-amanlığın bərqərar olması üçün din xadimlərinin üzərinə düşən məsuliyyət barədə danışıb.

Sonra toplantıda Rus Provoslav kilsəsinin Bakı Yeparxiyasının yepiskopu Aleksandr İşien, Çeçenistan Respublikasının müftisi, Qafqaz Xalqlarının Ali Dini Şura sədrinin birinci müavini Soltan Mirzəyev və digərləri çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR