Bank Of Baku

Azərbaycan prezidenti Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib

Azərbaycan prezidenti Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib
# 22 dekabr 2011 13:32 (UTC +04:00)
APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə məsciddə görülmüş işlər barədə məlumat verib.

Bildirilib ki, 2010-cu ildə dövlət başçısı müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar “İttifaq” məscidi adı ilə tanınan bu məbədin bərpası ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Məsciddə yaradılmış şəraitlə tanış olduqdan sonra prezident Azərbaycanda səfərdə olan Şimali Qafqazın müftiləri ilə görüşüb.

Dövlət başçısı görüşdə çıxış edib.

A. Paşazadə, Rusiya Federasiyasının Adıgey Respublikası və Krasnodar vilayətinin müftisi Yemij Nurbıy, Şimali Osetiya-Alaniya Respublikasının müftisi Hacımurad Qatsalov, QMİ-nin Moskvadakı səlahiyyətli nümayəndəsi Şafiq Psixaçev, Tatarıstan Prezidenti Aparatının Dini Qurumlarla Əməkdaşlıq İdarəsinin rəisi Marat Qatin çıxış ediblər.

Görüşdə, həmçinin Qafqaz Xalqları Ali Dini Şurasının sədri və üzvləri adından Prezident İlham Əliyevin ad günü münasibətilə müraciət oxunub.

Daha sonra prezident İlham Əliyev din xadimləri və ictimaiyyətin nümayəndələri ilə görüşüb.

Qurandan ayələr oxunduqdan sonra dövlət başçısı çıxış edib.

Sonra Çeçenistanın müftisi, Qafqaz Xalqları Ali Dini Şurası sədrinin birinci müavini Soltan Mirzəyev, Tatarıstan Prezidenti Aparatının Dini Qurumlarla Əməkdaşlıq İdarəsinin rəisi Marat Qatin və QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış ediblər.

A. Paşazadə prezident İlham Əliyevə müqəddəs Qurani-Kərim hədiyyə edib.

Azərbaycan prezidenti bir daha müftilərlə görüşüb, onlara uğurlar arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR