Bank Of Baku

Erməni və yunan keşişlər kilsədə kütləvi dava törədiblər

Erməni və yunan keşişlər kilsədə kütləvi dava törədiblər
# 29 dekabr 2011 01:48 (UTC +04:00)
Bakı-APA. Fələstinin Beytüllehem şəhərindəki Milad kilsəsində erməni və yunan keşişlər arasında kütləvi dava düşüb. APA-nın mignews-a istinadən verdiyi məlumata görə, Yüzədək keşiş süpürgələrlə miladöncəsi süpürmə zamanı bir-birilərinə hücum ediblər. Rəvayətə görə, kilsə İsa Məsihin anadan olduğu yerdə tikilib. Hazırda kilsəyə üç icma, katoliklər, pravoslavlar və erməni apostolçular nəzarət edirlər. Kilsəni Milad bayramına hazırlayan erməni və yunan keşişləri bir-birilərini sərhədi pozmaqda günahlandırıblar. Ənənəyə görə hesab olunur ki, kilsənin daxilindəki əraziyə hüquqlar kilsəni süpürənlər tərəfindən müəyyən olunur. Binanın daxilində sərhədlər şərti müəyyən olunduğu üçün erməni və yunan keşişləri arasında mütəmadi olaraq kütləvi davaya çevrilən mübahisələr yaranır. Bu dəfəki davada keşişlər süpürgə və taxtalardan istifadə ediblər. Dalaşanları yalnız polis ayırıb. Bu zaman bir polis zabitinin yaralandığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR