Bank Of Baku

Gəncədə pravoslav dini icması Milad Bayramını qeyd edib

Gəncədə pravoslav dini icması Milad Bayramını qeyd edib
# 09 yanvar 2012 09:53 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncədə pravoslav dini icmasının üzvləri Milad Bayramının qeyd ediblər. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Gəncədə yerləşən Aleksandr Nevski Pus Pravoslav kilsəsində Milad bayramı münasibəti ilə dini mərasimlər keçirilib. Kilsəyə gələn pravoslavlar İsa Məsihin mövludu münasibətilə dini ayinləri yerinə yetirərək şam yandırıb, dualar edib, xaç suyu içiblər. Kilsənin rahibi Aleksandr Bezatosnıy pravoslavları müqəddəs bayram münasibətilə təbrik edərək, onlara sülh və sevgi içində yaşamağı arzu edib. Din xadimi onlara ən müqəddəs bayramları olan Miladın keçirilməsi üçün Azərbaycanda yaradılan tolerant şəraitdən söz açıb. Rahib artıq 16 ildir ki, Gəncədə bu bayramı keçirdiklərini və heç vaxt problemlə üzləşmədiklərini söyləyib. Qeyd edək ki, Qərb bölgəsində fəaliyyət göstərən yeganə kilsə olan Aleksandr Nevski Rus Pravoslav Kilsəsi 1887-ci ildə inşa edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR