Bank Of Baku

“Yəhova şahidləri” dini icmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iddiasını təmin olunmayıb

“Yəhova şahidləri” dini icmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iddiasını təmin olunmayıb
# 12 yanvar 2012 09:00 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində “Yəhova şahidləri” dini icmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iddiası əsasında məhkəməyə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, prosesdə iddianın təmin olunmaması barədə qərar qəbul olunub. Artıq məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Qeyd edək ki, dini icma vəzifəli şəxsin hərəkətlərinin qeyri-qanuni elan edilməklə ləğv edilməsi, inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulması və onlara məxsus ədəbiyyatın ölkəyə gətirilməsinə qoyulan məhdudiyyətin aradan götürülməsi iddiaları ilə 1 saylı Bakı İnzibati iqtisad Məhkəməsinə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR