Bank Of Baku

Azərbaycanın cənub rayonlarında dövlət qeydiyyatından keçmiş 140 dini icma fəaliyyət göstərir

Azərbaycanın cənub rayonlarında dövlət qeydiyyatından keçmiş 140 dini icma fəaliyyət göstərir
# 16 yanvar 2012 11:44 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Azərbaycanın cənub bölgəsinin rayonlarında dövlət qeydiyyatından keçmiş 140 dini icma fəaliyyət göstərir. Bu məlumatı APA-nın yerli bürosuna Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) cənub bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov verib. Onun sözlərinə görə, bölgədə ən çox dini icma Masallı rayonunda, ən az dini icma isə Cəlilabad rayonunda qeydə alınıb. Belə ki, hazırda Lənkəranda 28, Astarada 22, Yardımlıda 11, Masallıda 59, Cəlilabadda 3, Biləsuvarda 11, Lerikdə isə 7 dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyətdədir. DQİDK-nin şöbə müdiri 2010-cu ildə bölgə üzrə 130, 2011-ci ildə isə cəmi 10 dini icmanın dövlət qeydiyyatından keçdiyini və bu prosesin cari ildə də davam etdiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR