Bank Of Baku

Allahşükür Paşazadə: “Dünya bizim tolerantlığımızı qəbul edir”

Allahşükür Paşazadə: “Dünya bizim tolerantlığımızı qəbul edir”
# 18 yanvar 2012 15:29 (UTC +04:00)
Dünya bizim tolerantlığımızı, sülhpərvər ruhumuzu qəbul edir. Bəşər ailəsində Azərbaycanın möhtərəm, ləyaqətli məqamını təmin edən tolerantlıq dəyəri ilə öyünməyə haqqımız çatır”. APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə YAP-ın rəsmi saytına müsahibəsində deyib. O xatırladıb ki, Azərbaycanda müxtəlif dinlərin və millətlərin mənsubları birgə dinc yaşayır: “Azərbaycanda müxtəlif din və millət mənsublarının dinc birgə yaşamı vətəndaş həmrəyliyimizi, milli maraq və dövləti mənafelərimizi birgə qorumağımızı təmin edir. Bu isə vətənimizin ümumi rifah və səadətinə xidmət edir. Biz dindarlar Azərbaycan xalqının gələcəyi naminə aparılan daxili və xarici siyasəti hər zaman bəyənir və ürəkdən dəstəkləyirik. Ürəkdən inanırıq ki, Allahın köməyi və Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağ torpaqlarımızın qaytarılması uğrunda haqq mücadiləmizi qalib kimi başa vuracaq, dövlətimizin qüdrətini dünyaya bəyan edəcəyik, inşallah! Həqiqətən, şəhidlərin ruhuna ən böyük töhfə vətənimizin qüdrəti, xalqımızın firavanlığı, səadətidir”.

QMİ sədri vurğulayıb ki, Azərbaycanda mövcud olan mənəvi mühit həqiqətən unikal və dəyərlidir: “Bu gün dünyanın ən inkişaf etmiş, adətən hamıya humanizm və sivil münasibətlərə dair tövsiyələr verən ölkələrində belə müxtəlif mədəniyyətlərin birgə yaşayışına dair fikir ixtilafı yaşandığı məlumdur. Azərbaycan isə müstəqilliyini bərpa etdiyi 20 il ərzində çoxəsrlik tarixi olan mənəvi ənənələrinə, islami dini dəyərlərinə və müdrik, tolerant dövlət siyasətinə söykənərək bütün dünyaya multikulturizmin əsl nümunəsini nümayiş etdirir. Bu, olduqca vacib məqamdır. Mən dövlət başçımızın dəfələrlə səsləndirdiyi daha bir fikirlə tam razıyam ki, multikulturizmdən imtina özünütəcriddir. Biz, Azərbaycan dövləti, Azərbaycan xalqı hər zaman bunun əleyhinə olmuşuq. Və bu cür monoetnik siyasət yeridən region dövlətlərinə qarşı öz təcrübəmizi əks-müqabil olaraq qoyuruq. Bugünkü reallıqlar bizim tərəqqimizin misalında kimin daha düzgün yolda olduğunu, daha doğru seçim etdiyini göstərir. Bu, həm də Allahın bəyəndiyi yoldur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR