Bank Of Baku

QMİ sədri Türkiyə parlamentində Azərbaycanla dostluq qrupunun üzvlərini qəbul edib

QMİ sədri Türkiyə parlamentində Azərbaycanla dostluq qrupunun üzvlərini qəbul edib
# 19 yanvar 2012 11:11 (UTC +04:00)
Bakı-APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda səfərdə olan Türkiyə parlamentinin Azərbaycanla dostluq qrupunun üzvlərini qəbul edib. APA-nın məlumatına görə, görüşdə Türkiyə-Azərbaycan münasibətləri, həmçinin Fransa Senatında müzakirəyə çıxarılacaq qondarma “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi ətrafında müzakirələr aparılıb. Allahşükür Paşazadə bu qanun layihəsini pisləyərək, bir müddət əvvəl Fransa Senatına müraciət etdiyini, senatorları bu qanun layihəsini qəbul etməkdən çəkindirməyə çağırdığını bildirib.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə dostluq qrupunun rəhbəri Nejdət Ünüvar, MHP İğdır millət vəkili Sinan Oğan, CHP İstanbul millət vəkili Əli Akgündüz, AKP Elazığ millət vəkili Şuay Alpay daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR