Bank Of Baku

Nuru Paşanın Bakıda çıxış etdiyi minbər “Təzə Pir” məscidində saxlanılır

Nuru Paşanın Bakıda çıxış etdiyi minbər “Təzə Pir” məscidində saxlanılır
# 19 yanvar 2012 14:39 (UTC +04:00)
Nuru Paşanın Azərbaycan xalqına xitabən çıxış etdiyi minbər əziz bir xatirə, Azərbaycan-Türkiyə qardaşlığına bariz nümunə kimi “Təzə Pir” məscidində saxlanılır”. APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Bakıda səfərdə olan Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu üzvlərini qəbul edərkən deyib. Qonaqlar Van zəlzələsi zamanı göstərilən köməyə və Fransa Senatına edilən müraciətə görə Şeyxülislama təşəkkür ediblər. Şeyxülislam isə bu işləri təşəkkürə görə etmədiyini deyib: “Mənə bu işə görə təşəkkür ediləndə özümü pis hiss edirəm”.

Görüş zamanı Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Sinan Oğan Allahşükür Paşazadəni İğdıra dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR