Bank Of Baku

Allahşükür Paşazadə: “ABŞ qoşunlarının İraq ərazisindən çıxmasına sevinirəm”

Allahşükür Paşazadə: “ABŞ qoşunlarının İraq ərazisindən çıxmasına sevinirəm”
# 19 yanvar 2012 15:17 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda səfərdə olan İraq parlamentinin üzvlərini qəbul edib. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın APA-ya verdiyi məlumata görə, şeyxülislam qeyd edib ki, Azərbaycanla İraq arasındakı münasibətlər barədə danışılarkən dini əlaqələr xüsusi əhəmiyyət daşıyır. A. Paşazadə ABŞ qoşunlarının İraq ərazisindən çıxmasından sevindiyini deyib. O, İraq xalqına yeni dövlət quruculuğunda uğurlar arzulayıb. QMİ sədri 2011-ci ildə Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarların İraq ərazisində təhlükəsizliyinin yüksək səviyyədə qorunmasına və zəvvarlara yaradılan şəraitə görə qonaqdan bu ölkənin baş Nuri Malikə təşəkkürlərini çatdırmağı xahiş edib.

İraq parlamentinin Xarici əlaqələr komitəsinin sədri, nümayəndə heyətinin rəhbəri Hammam Hamudi ölkəsində yeni dövlət quruculuğunun özəllikləri, İraqın məzhəblər üzrə bölünməməsi üçün tolerantlıq yönündə görülən tədbirlərlə bağlı QMİ sədrin məlumat verib.

Görüşdə digər maraq doğuran məsələlərə də toxunulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR