Bank Of Baku

ABŞ-ın İran əsilli alimi Qafqaz Müsəlmanları İdarəsində olub

ABŞ-ın İran əsilli alimi Qafqaz Müsəlmanları İdarəsində olub
# 09 fevral 2012 09:53 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ABŞ-ın paytaxtı Vaşinqtonda fəaliyyət göstərən Yaxın Şərq İnstitutunun elmi əməkdaşı Aleks Vatanka ilə görüş keçirilib. APA-nın QMİ-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Qafqaz və Mərkəzi Asiya üzrə mütəxəssis olan İran əsilli amerikalı alim Azərbaycana səfərinin məqsədi, elmi fəaliyyəti, apardığı araşdırmalar barədə məlumat verib. Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli QMİ-nin tarixi, fəaliyyəti barədə danışıb. Qonaq Azərbaycanda gördüklərindən məmnun qaldığını və bu barədə geniş məqalə dərc etdirəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR