Bank Of Baku

Allahşükür Paşazadə Bakıda Dağlıq Qarabağ və Xocalı dəhşətlərini özündə əks etdirən kompleksin yaradılması təklifi ilə çıxış edib

Allahşükür Paşazadə Bakıda Dağlıq Qarabağ və Xocalı dəhşətlərini özündə əks etdirən kompleksin yaradılması təklifi ilə çıxış edib
# 23 fevral 2012 09:48 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini icmaların rəhbərləri, “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Bayram Səfərov, həmçinin işğal altında olan digər rayonların RİH başçıları, millət vəkilləri, ziyalılar iştirak edib.

Konfrans “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Xocalı soyqırımının dəhşətlərindən danışıblar. A.Paşazadə Bakıda Dağlıq Qarabağ və Xocalı dəhşətlərini özündə əks etdirən kompleksin yaradılması təklifi ilə çıxış edib. O, bununla bağlı ölkədəki dindarların Azərbaycan prezidentinə müraciət ünvanlayacağını bildirib.

Tədbirdə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov, Xocalı rayonu İH başçısı Şahmar Usubov, Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşein, Azərbaycandakı Dağ Yəhudiləri icmasının rəhbəri Semyon İxiilov, millət vəkilləri Bəxtiyar Əliyev, Fəzail İbrahimli və başqaları mövzu ətrafında çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR