Bank Of Baku

Allahşükür Paşazadə Dağıstanda səfərdə olub

Allahşükür Paşazadə Dağıstanda səfərdə olub
# 14 mart 2012 14:57 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası (RF) Dağıstan Respublikasının Mahaçqala şəhərində qısamüddətli səfərdə olub. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində A. Paşazadə RF Dağıstan Respublikasının prezidenti Maqomedsalam Maqomedovla görüşüb. Görüşdə qardaş xalqlar arasında mövcud tarixi-mənəvi əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra A. Paşazadə Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Dağıstan Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Əhməd Abdullayev, Çeçenistan müftisi Soltan Mirzəyevlə görüşüb, qarşılıqlı önəm kəsb edən dini-mənəvi məsələləri müzakirə edib.

A. Paşazadə Mahaçqala şəhərində Dərbənd şəhərindən və Çeçenistandan gəlmiş dindarlarla da bir araya gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR