Bank Of Baku

Hacıbala Abutalıbov Bakıda “Cümə” məscidinin inşası üçün ərazinin ayrılması haqqında sərəncam imzalayıb

Hacıbala Abutalıbov Bakıda “Cümə” məscidinin inşası üçün ərazinin ayrılması haqqında sərəncam imzalayıb
# 14 mart 2012 17:00 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə məlumat verib.

“Bakıda Azərbaycanla Türkiyənin əbədi qardaşlığını simvolizə edən yeni bir məscidin inşasına kömək göstərəcəyimi bildirmişdim. Bu istəyimi Azərbaycan prezidenti İlham Əliyev cənablarına çatdıranda dövlət başçısı ideyanı dəstəklədi və lazımı tapşırıqlarını verdi” – deyə, QMİ sədri bildirib.

Xatırladaq ki, 2011-ci ilin oktyabr ayında Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə paytaxtda “Cümə” məscidinin tikintisi üçün torpaq sahəsinin ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR