Bank Of Baku

Allahşükür Paşazadə Şimali Qafqaza səfər edib

Allahşükür Paşazadə Şimali Qafqaza səfər edib
# 19 mart 2012 13:56 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə martın 18-də Şimali Qafqaza qısamüddətli səfər edib. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə Rusiya Federasiyasının (RF) Şimali Osetiya-Alaniya Respublikasına gedən QMİ sədrini Vladiqafqaz şəhərinin hava limanında Şimali Osetiya-Alaniya Respublikasının hökumət başçısının müavini Yermak Dzansolov, Şimali Osetiya-Alaniya Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Hacımurat Qatsalov və Ümumrusiya Azərbaycanlıları Konqresinin Vladiqafqaz regional bölməsinin sədri Şahin Məmmədov qarşılayıblar.

A. Paşazadə Vladiqafqazda keçirdiyi görüşlərdə Şimali Osetiya-Alaniya respublikasında yaşayan soydaşlarımızın dini-mənəvi ehtiyaclarının ödənilməsi yönündə konkret tədbirləri müzakirə edib.

QMİ sədri sonra İnquşetiya Respublikasına yollanıb. Burada o, İnquşetiya müsəlmanları və din xadimləri ilə görüş keçirib. Şeyxülislam İnquşetiyanın keçmiş rəhbəri Ruslan Auşevlə də görüşərək, ona atasının dünyasını dəyişməsi ilə əlaqədar başsağlığı verib.

QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri Allahşükür Paşazadəni MDB Dinlərarası Şurası Qəyyumlar Komitəsinin həmsədri Abbas Abbasov və QMİ sədrinin birinci müavini Salman Musayev müşayiət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR