Bank Of Baku

Dövlət Komitəsi metro stansiyalarının keçidlərində dini kitab və atributların satışına qadağa qoyulmasına münasibət açıqlayıb

Dövlət Komitəsi metro stansiyalarının keçidlərində dini kitab və atributların satışına qadağa qoyulmasına münasibət açıqlayıb
# 10 aprel 2012 08:10 (UTC +04:00)
Komitənin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Dini etiqad azadlığı haqqında” qanunun 22-ci maddəsinin 3-cü bəndinə əsasən “Dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir”. Qanunun bu müddəasından irəli gələn məsələlər 26 oktyabr 2009-cu il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi qaydaları haqqında” Təlimatla tənzimlənir.

Bu günədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini təyinatlı ədəbiyyat, əşya və dini məzmunlu başqa məlumat materiallarının ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsinə dair 16 razılıq sərəncamı verib. Proses davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR