Bank Of Baku

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri ayətullah Nuri Həmədaninin fikirlərinə münasibət bildirib

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri ayətullah Nuri Həmədaninin fikirlərinə münasibət bildirib
# 16 aprel 2012 13:33 (UTC +04:00)
APA-nın məlumatına görə, Ə. Zülfüqarov bildirib ki, ayətullah Həmədaninin Azərbaycanda dini durumla bağlı fikirləri hər hansı fakta deyil, sırf qərəzə söykənir: “Bu şəxsin və onun kimilərin həqiqəti məqsədli şəkildə təhrif edərək ölkəmizlə bağlı böhtanlar söyləməsi və dindarları dövlətə qarşı qoymaq cəhdləri ilk dəfə baş vermir. Din xadimi adına yaraşmayan belə açıqlamaların altında hansı niyyətlərin yatdığı göz qabağındadır. Bu sayaq yalan və böhtanlar bir daha göstərir ki, Azərbaycan dövlətinin dinlərarası münasibətlərdə tutduğu yol – dini etiqad azadlığının tam təmin olunması, tolerant prinsiplərin prioritetliyi, dinlərüstü və məzhəblərüstü siyasət yürütmək totalitar düşüncə sahibi bəzi ayətullahları bərk narahat edir və pat vəziyyətindən çıxmaq üçün zaman-zaman azərbaycanlı dindarları dövlətə qarşı qoymağa cəhd göstərirlər. Görəsən, Həmədani və digər bu tipli ayətullahlar dini şəxsi məqsədlərinin alətinə çevirərək obyektivlikdən uzaq formada Azərbaycan dövlətinin dindarlarla üz-üzə dayandığını iddia etməklə islamda ən böyük günahlardan olan böhtana əl atdıqlarını niyə “unudurlar”? Yoxsa, bu “unutqanlıq” “ümumi məqsəd”dən irəli gəlir?”

Z. Zülfüqarov bildirib ki, bəyanatlarında bəzən açıq, bəzən isə üstüörtülü şəkildə “cihad”, “şəhadət” kimi sözlərdən istifadə etmələri belələrinin həm dini, həm də siyasi səbatsızlıqlarının bariz göstəricisidir: “Görünür, Azərbaycan üçün nəzərdə tutduqları planların iflasa uğraması din adından danışan bəzi şəxsləri xeyli qıcıqlandırıb. Hər kəs bilməli və birdəfəlik qəbul etməlidir ki, Azərbaycan müstəqil, dünyəvi dövlətdir və başqa ölkələrin dövlət-din münasibətləri sistemini buraya ixrac etmək fikrinə düşmək hərdəmxəyallıqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR