Bank Of Baku

Moskvada qətlə yetirilən azərbaycanlı din xadiminin anım gecəsi keçirilib - FOTO

Moskvada qətlə yetirilən azərbaycanlı din xadiminin anım gecəsi keçirilib - <font color=red>FOTO</font>
# 18 aprel 2012 06:57 (UTC +04:00)
APA-nın Moskva müxbirinin məlumatına görə, “Jurnalistlər Evi”ndə keçirilən anım gecəsində Rusiya Müftilər Şurasının baş məsləhətçisi Əbdül-Vahid Niyazov, Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri, Moskvada yaşayan iş adamları və mərhumun yaxın dostları iştirak ediblər.

Rusiya Dövlət Dumasının 3-cü çağırış deputatı Əbdül-Vahid Niyazov çıxışında mərhum Mətin Mehdiyevlə 12 ildir yaxın dost olduğunu söyləyib: “Mətinlə biz çox səfərlərdə olmuşuq. O, əsl dost idi. Hələ də onun aramızdan getməsinə inana bilmirik. Ümid edirik ki, Mətini qətlə yetirənlər tez bir zamanda öz layiqli cəzalarını alacaqlar”.

Ə. V. Niyazov M. Mehdiyevin millətçilik zəminində vəhşicəsinə öldürüldüyünü deyib: “Allah elə eləsin ki, bizim bu qətl versiyamız səhv çıxsın və hüquq-mühafizə orqanlarının ilkin ehtimalı olan qarət üstündə qətl versiyası təsdiqlənsin. Amma buna inanmaq çətindir”.
Ümumrusiya Azərbaycan Konqresi Moskva regional bölməsinin sədri İlqar Hacıyev isə Mətin Mehdiyevin çox alicənab, insanpərvər, vətənpərvər bir gənc olduğunu bildirib. O, Mətin Mehdiyevin Rusiya Dövlət Dumasında deputat yardımçısı vəzifəsində çalışdığını, bundan sonra İslam Mədəniyyət Mərkəzində xarici məsələlər şöbəsinə başçılıq etdiyini xatırladıb. Ümumrusiya Azərbaycan Konqresinin qətllə bağlı bəyanat verdiyini vurğulayan İlqar Hacıyev cinayətin üstünün tez bir zamanda açılması üçün rəsmi şəxslərlə görüşdüklərini açıqlayıb: “Mətinin qətli ilə bağlı cinayət işi qaldırılıb və bu istintaqın gedişi bizim nəzarətimizdədir. Ümid edirik ki, Mətini qətlə yetirənlər tez bir zamanda həbs olunacaq və qətlin hansı səbəbdən törədildiyi üzə çıxacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR