Bank Of Baku

Azərbaycan prezidenti Roma Papası XVI Benedikti Tacqoyma günü münasibətilə təbrik edib

Azərbaycan prezidenti Roma Papası XVI Benedikti Tacqoyma günü münasibətilə təbrik edib
# 18 aprel 2012 16:00 (UTC +04:00)
APA-nın məlumatlına görə, təbrikdə deyilir: “Tacqoyma gününüz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Vatikan münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz ümumbəşəri dəyərlərin təntənəsi, insanlar arasında qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olması naminə bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali missiyanızda uğurlar arzulayır, həmməzhəblərinizə əmin-amanlıq və rifah diləyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR