Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsinin saytında dəyişiklik edilib

Qafqaz Müsəlmanları İdarəsinin saytında dəyişiklik  edilib
# 28 aprel 2012 07:46 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) saytında dəyişiklik edilib. APA-nın məlumatına görə, saytda “Şeyxülislam”, “Video”, “Xəbərlər”, “Xütbələr” və digər bölümlər yaradılıb.

Saytda “Şeyxülislama sual verin” və “Müftiyə sual verin” bölmələrində müvafiq olaraq Şeyxülislam Allahşükür Paşazadəyə və onun müavini, müfti Salman Əfəndi Musayevə sual da vermək mümkündür.

Saytda sorğu da keçirilir.

Qeyd edək ki, QMİ regionda (Azərbaycanda, Ermənistanda, Gürcüstanda, Rusiya Federasiyasının Şimali Qafqaz ərazisində) yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi İslam dini ali mərkəzidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR