Bank Of Baku

QMİ sədri sabah Serbiyaya səfər edəcək

QMİ sədri sabah Serbiyaya səfər edəcək
# 01 may 2012 14:28 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə mayın 2-də Serbiyaya səfər edəcək QMİ-dən APA-ya verilən məlumata görə, A. Paşazadə mayın 3-də Belqrad şəhərində Azərbaycan dövlətinin dəstəyi ilə təmir və bərpa edilmiş “Bayraqlı Cami” məscidinin və “Müqəddəs Petka” kilsəsinin açılış mərasimlərində iştirak edəcək. Açılış mərasimlərinə Azərbaycan və Serbiyanın dövlət və hökumət rəsmiləri, müsəlman və xristian din xadimləri, ictimaiyyət və KİV nümayəndələri qatılacaq.
Belqrada səfər edəcək nümayəndə heyətinin tərkibinə Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşeyin də daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR