Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurası İranın bəzi din xadimlərinin çağırışları ilə bağlı bəyanat yayıb
Xalqımıza və dövlətçiliyimizə qarşı yönəlmiş bu təxribatların əsl məqsədi heç də qələmə verildiyi kimi dini təəssübkeşlik, islami həmrəylik, qardaşlıq nümayişi və ya xalqımızın guya heysiyyətinin qayğısına qalınması deyil, islam adından sui-istifadə edərək sabitliyimizə xələl gətirmək və cəmiyyət daxilində qarşıdurma yaratmaqdır. Dövlət başçımız tərəfindən Azərbaycan ərazisindən qonşu İran dövlətinə qarşı hər hansı təcavüzə imkan verilməyəcəyinin bəyan edilməsindən sonra bu növ aksiya və bəyanatlara yol verilməməliydi. Dövlətimiz və cəmiyyətimiz tərəfindən qəbul edilməyən gey-parad və buna bənzər məsələlərin olacaq kimi qələmə verilməsi, dövlətimiz əleyhinə aramsız təhdidlər səsləndirilməsi qərəz və məkrdən başqa bir şey deyil. Yaşadığımız bölgədə və dünya miqyasında bütün millət və dövlətlərlə dinc qonşuluq və qarşılıqlı əməkdaşlıq şəraitində yaşamaq məramımızdır. Müstəqil dövlət olaraq uğurlarımıza dostlarımızın sevinməsinə ümidvarıq. Özümüzə arzuladığımızı başqalarına da arzu edirik. Ən böyük problemimiz olan ərazi bütövlüyümüzün bərpası məsələsində, haqq işimizin qələbəsində hər zaman dünya birliyinin ədalətli mövqeyinə, dost və qardaş ölkələrin dəstəyinə ümid bəsləyirik. Acı reallıq ondan ibarətdir ki, həqiqətən islami həmrəylik, dini təəssübkeşlik nümayişi tələb olunan zamanlarda bu dəstəyi hiss etməmişik. İstər sovetlər dönəmində dini dəyərlərimiz əsl təhlükədə olduğu bir zamanda, istərsə də erməni ekstremistləri xalqımıza qarşı təcavüzkarlıq aktları həyata keçirərkən atılması tələb olunan addımlar gerçəkləşdirilmədiyi halda, indi heç bir səbəb olmadan belə lüzumsuz bəyanatların verilməsi başa düşülən deyil. Təəssüf edirik ki, Azərbaycan torpaqlarının işğalına, Şuşa, Ağdam məscidlərinin və yüzlərlə digər islami ibadət məkanlarımızın dağıdılmasına, təhqir olunmasına, bir milyon Azərbaycan müsəlmanının öz doğma yurdundan didərgin salınmasına cavab olaraq İranın nüfuzlu din xadimlərinin fətvalarını eşitmədiyimiz halda, bu ölkənin təcavüzkar dövlət olan Ermənistana davamlı olaraq maddi və mənəvi dəstəyinin şahidi olmaqdayıq. Bir daha bəyan edirik ki, Azərbaycan xalqı, inşallah, ona qarşı fitnələrə və məkrli şayiələrə heç bir zaman uymayacaq, dövlətimizin müstəqilliyi yolunda bütün maneələri dəf edəcəkdir. Bunu qonşu İranın din xadimlərinə də məsləhət bilir, əsassız böhtan və təhqirlərə son qoymağa, islami əxlaqımıza, milli-mənəvi dəyərlərimizə hörmətsizlik olan iftiradan uzaq olmağa çağırırıq. Allah köməyimiz olsun!”
Din
Dövlət Komitəsi: İrəvandakı Göy məsciddə baş verənlər bəşəri dəyərlərə hörmətsizlikdir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Dini konfessiyaların rəhbərləri Zəfər Tağını ziyarət ediblər
Səudiyyə Ərəbistanından Azərbaycana 46.5 ton qurban əti göndərilib - FOTO
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib