Bank Of Baku

Allahşükür Paşazadə: “İşğal olunmuş ərazilərdə dini və mədəniyyət abidələrimizin dağıdılması dinlərarası qarşıdurmaya yol aça bilər”

Allahşükür Paşazadə: “İşğal olunmuş ərazilərdə dini və mədəniyyət abidələrimizin dağıdılması dinlərarası qarşıdurmaya yol aça bilər”
# 17 may 2012 16:23 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə İstanbulda keçirilən Dünya Siyasət Forumundakı çıxışında deyib. O, prezident İlham Əliyevin tarixi-mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, xristian, yəhudi və başqa dinlərə məxsus məbədlərin bərpası və təmiri, ölkə vətəndaşlarının etiqad azadlığının təmin edilməsi və qorunması işlərində böyük uğurlara nail olduğunu vurğulayıb: “Qafqaz regionunun həllini tapmayan problemlərindən biri də Azərbaycanın 20 ildən artıq üzləşdiyi Qarabağ münaqişəsidir. Azərbaycan Respublikası ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub və 1 milyon insanımız etnik təmizləmə siyasətinə məruz qalaraq qaçqın, köçkün həyatı yaşamaqdadır. İşğal olunmuş ərazilərdə dini və mədəniyyət abidələrimiz dağıdılıb. Bu isə öz növbəsində dinlərarası qarşıdurma təhlükəsinə yol aça bilər”.

Dünya Siyasət Forumu davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR