Elnur Aslanov: “Azərbaycan hakimiyyəti hər zaman İslama böyük dəyər verib”
05 iyun 2012 09:24 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli – 2012” beynəlxalq təhsil proqramı layihəsinin qapanış mərasimində Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. O bildirib ki, Azərbaycan hakimiyyəti hər zaman İslama böyük dəyər verib: “Ölkədə məscidlərin, məbədlərin tikintisi aparılır və bu iş davam edəcək. “Əjdərbəy”, “Bibiheybət” məscidlərinin bərpası, Təzəpir məscidinin tam şəkildə bərpası Azərbaycan hakimiyyətinin İslami dəyərlərə olan münasibətinin bariz nümunəsidir”.
Din
Beynəlxalq humanitar minatəmizləmə konfransının iştirakçıları Zəngilan məscidində olublar - FOTO
14:00
30 may 2024
Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başa çatıb, ilk uçuş iyunun 4-də olacaq
10:26
29 may 2024
Otuz il sonra oxunan azan, ağac-ağac, kənd-kənd xatırlanan yurd - Zəngilandan REPORTAJ
13:54
23 may 2024
Bakı İlahiyyat Kollecinin binası ilə bağlı məsələyə aydınlıq gətirilib
19:33
22 may 2024