Bank Of Baku

Allahşükür Paşazadə Şimali Qafqaza gedir

Allahşükür Paşazadə Şimali Qafqaza gedir
# 08 iyun 2012 13:47 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 9-da Rusiya Federasiyasının (RF) İnquşetiya Respublikasının yaranmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimlərdə iştirak etmək üçün bu Şimali Qafqaz respublikasına səfər edəcək. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovun şəxsi dəvəti ilə gerçəkləşdiriləcək.

Səfərdə A. Paşazadəni QMİ sədrinin birinci müavini müfti Salman Musayev müşayiət edəcək.

Şeyxülislam Allahşükür Paşazadə iyunun 10-da RF Tatarıstan Respublikasına səfər edəcək.

Səfər Tatarıstan Respublikasının prezidenti Rustəm Minnixanovun şəxsi dəvəti əsasında həyata keçiriləcək. Səfər zamanı A. Paşazadə fəxri qonaq qismində Volqa Bulqarıstanında İslamın qəbul edilməsinin ildönümü münasibətilə Kazan şəhərində və tarixi Bulqar ərazisində keçiriləcək təntənəli tədbirlərdə, habelə yeni məscid kompleksinin açılışında iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR