Gürcüstan paytaxtında Qafqaz Müsəlmanları İdarəsinin rəsmi nümayəndəliyinin açılışı olub - FОТО

Gürcüstan paytaxtında Qafqaz Müsəlmanları İdarəsinin rəsmi nümayəndəliyinin açılışı olub - <font color=red>FОТО</font>
# 27 iyun 2012 22:31 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə QMİ-nin sədr müavini Hacı Salmanın rəhbərliyi ilə Azərbaycandan gələn nümayəndə heyəti, Gürcüstan pravoslav kilsəsinin Azərbaycandakı nümayəndəsi Meliksedek Xaçidze, Vatikanın Gürcüstanda, eyni zamanda Azərbaycanda səfiri, yəhudi icmasının və erməni kilsəsinin Tiflisdəki nümayəndələri, İran, Amerika və Azərbaycan səfirliklərinin rəsmiləri, Gürcüstanda yaşayan müsəlmanlar iştirak edib. Tədbiri QMİ-nin Gürcüstan nümayəndəsi Hacı Əli Əliyev açaraq yeni qurumun 200 illik tarixə malik olduğunu və indiyədək qeyri-rəsmi fəaliyyət göstərdiyini, bu gündən rəsmi qeydiyyatdan keçdiyini bildirib. QMİ nümayəndəsi yeni yaradılan din idarəsinin Gürcüstanda yaşayan bir milyon müsəlmana xidmət edəcəyini, qapılarının hər bir müsəlmana açıq olacağını bildirib. Hacı Əli Əliyev qurumun fəaliyyət göstərməsi üçün QMİ sədri Allahşükür Paşazadəyə, eyni zamanda bütün Gürcüstanın Katolikos-patriarxı II İlyaya təşəkkürünü bildirib. O, jurnalistlərə açıqlamasında bu qurumun heç kimə qarşı yaradılmadığını, yalnız Gürcüstanda yaşayan müsəlmanlara və Gürcüstan dövlətinə, onun dövlətçiliyinə xidmət edəcəyini bildirib. “Heç kim bu idarənin yaradılmasını qısqanmasın. Sadəcə biz bir-birimizi bağrımıza basıb xeyirxah işlər görməliyik”.

Tədbirdə çıxış edən QMİ rəsmisi Hacı Salman Musayev Gürcüstanda nümayəndəliyin açılmasını tarixi hadisə adlandırıb: “Qafqaz Evində bu birlikdir. Onun inkişafı üçün nümayəndəliyimiz nümunəvi işlər görəcək.” Sonra o, QMİ sədri Hacı Allahşükür Paşazadənin nümayəndəliyin təsis edilməsi münasibəti ilə təbrik məktubunu oxuyub. Məktubda qeyd olunub ki, QMİ-nin yeni təsis edilən nümayəndəliyi ümumi rifah və tərəqqiyə xidmət edən dostluq və qardaşlıq əlaqələrinin inkişafında yeni mərhələ kimi qiymətləndirilməlidir: “QMİ nümayəndəliyi qardaş Gürcüstanda iki əsrlik tarixi olan mənəvi əlaqələrimizə yeni nəfəs gətirəcək”.
Hacı Salman jurnalistlərə açıqlamasında bir il bundan əvvəl təsis edilən Gürcüstan Müsəlmanları İdarəsinin yaradılmasına da münasibət bildirib: “Gürcüstan Müsəlmanları İdarəsi Gürcüstan dövlətinin qanunları çərçivəsində yaradılan bir idarədir. Bizim ona qarşı heç bir mənfi münasibətimiz yoxdur, hər halda dostluq münasibətimiz var. Biz bu nümayəndəliyi ona görə açmışıq ki, bu mərkəzlə əlaqə olsun və birgə işləyək.”

Tədbirdə Gürcüstan parlamentinin keçmiş deputatı İsaq Novruzov, Gürcüstan pravoslav kilsəsinin Azərbaycandakı nümayəndəsi Meliksedek Xaçidze çıxış edərək yeni yaradılan qurumu təbrik ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR