Bank Of Baku

Azərbaycanda Ramazan ayının başlanmasını xəbər verən yeni ay iyulun 19-da Bakı vaxtı ilə saat 09.25 dəqiqədə görünəcək

Azərbaycanda Ramazan ayının başlanmasını xəbər verən yeni ay iyulun 19-da Bakı vaxtı ilə saat 09.25 dəqiqədə görünəcək
# 16 iyul 2012 10:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycanda Ramazan ayının başlanmasını xəbər verən yeni ay (ayın təzələnməsi) iyulun 19-da Bakı vaxtı ilə saat 09.25 dəqiqədə görünəcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib. Onun sözlərinə görə, Ramazan ayının başlanması ilə əlaqədar fətva Qafqaz Müsəlmanları İdarəsi tərəfindən veriləcək: “Bəzən belə deyirlər ki, guya ay mütləq gözlə görünməlidir. Amma ola bilər ki, hava buludlu olsun və Ay Günəşə çox yaxın olduğundan görünməsin. Biz astronomik dəqiqliklə yeni ayın təzələnmə vaxtını göstəririk”.

Ə. Quliyev bildirib ki, Ramazan bayramı ilə bağlı Azərbaycan Nazirlər Kabinetinin 7 dekabr 2011-ci il tarixli 198 saylı sərəncamı var: “Bu sərəncama əsasən, 19-20 avqust tarixləri bayram günləri hesab edilir. Növbəti ay avqustun 17-də saat 20.55 dəqiqədə təzələnəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR