Bank Of Baku

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Myanmada müsəlmanların kütləvi qırğınını pisləyir

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Myanmada müsəlmanların kütləvi qırğınını pisləyir
# 20 iyul 2012 07:14 (UTC +04:00)
Bakı-APA. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) Myanmada (keçmiş Birma) yaşayan, sayları bir milyondan çox “rohinya” etnik qrupunu təmsil edən müsəlmanların kütləvi qırğına məruz qalması faktını kəskin pisləyir. Forumdan APA-ya bildirilib ki, qeyri-rəsmi məlumatlara görə, ölən dinc müsəlmanların və zorlanan müsəlman qadınların sayı minlərlədir, onlarla məscid yandırılıb və başqa formalarda təhqirə məruz qalıb. Ən dəhşətli fakt isə silahsız insanlara qarşı edilən cinayətlərdə terrorçu buddistlərlə yanaşı, ölkənin silahlı qüvvələrinin də iştirak etməsidir.

DƏ-İKGF Myanma rəhbərliyinə, eləcə də dünya ictimaiyyətinə müraciət edərək onları qısa zamanda bu ölkədə müsəlmanların qırğınına son qoymaq üçün lazımi tədbirləri görməyə və cinayətkarların məsuliyyətə cəlb edilməsinə çağırır. Bu tipli qanlı hadisələrin dünyada dinlərin və mədəniyyətlərin dialoquna yönəlmiş beynəlxalq proqramların həyata keçirildiyi bir vaxtda dini zəmində baş verməsi dərin təəssüf doğurur.

DƏ-İKGF o cümlədən BMT, İƏT üzv-ölkələrinə və humanitar təşkilatlara müraciət edərək öz ölkələrini tərk edərək qaçqın həyatı yaşayan on minlərlə insana dəstək göstərməyə çağırır, yaxın zamanlarda Myanmada bu cür cinayətlərin qarşısının alınmasına və bu hadisələrin dini zəmində baş verəcək yeni toqquşmalara gətirib çıxarmayacağına ümid etdiyini bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR