Bank Of Baku

İran Ali Dini Rəhbərinin Administrasiyası QMİ sədrinə məktub göndərib

İran Ali Dini Rəhbərinin Administrasiyası QMİ sədrinə məktub göndərib
# 24 iyul 2012 11:27 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin ünvanına İran İslam Respublikası (İİR) Ali Dini Rəhbərinin Administrasiyasından məktub daxil olub. APA-nın məlumatına görə məktubu Administrasiya rəhbərinin müavini Möhsün Qumi imzalayıb. Məktubda İran İslam Şurası Məclisi seçkilərinin uğurla keçirilməsi münasibəti ilə A. Paşazadənin ünvanladığı təbrik məktubu ilə bağlı təşəkkür ifadə olunub: “Təbrik məktubunuz İslam İnqilabının şanlı rəhbəri Ayətullah Əl-Üzma Xamenei həzrətlərinə təqdim edildi və minnətdarlıqla qarşılandı. Uca və qadir olan Allahın dərgahından cənabınıza günbəgün artan müvəffəqiyyətlər diləyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR