Bank Of Baku

Dövlət Komitəsi: Gəncə şəhərində iftar məclislərinə qadağa qoyulması haqqında məlumatlar əsassızdır

Dövlət Komitəsi: Gəncə şəhərində iftar məclislərinə qadağa qoyulması haqqında məlumatlar əsassızdır
# 02 avqust 2012 16:57 (UTC +04:00)
Komitədən APA-ya verilən açıqlamada qeyd olunur ki, mövzu ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılan araşdırma nəticəsində yuxarıda qeyd olunan məlumatların əsassız olduğu üzə çıxıb.

“Adıçəkilən bölgədə Ramazan ayının ibadətlərinə, o cümlədən iftar süfrələrinin açılmasına rəsmi strukturlar tərəfindən hər hansı qadağa qoyulmayıb. Əksinə, Gəncədə fəaliyyət göstərən dini icmalar, o cümlədən din xadimləri bu il ictimai əhəmiyyətli bir təşəbbüs irəli sürərək, iftar vermək istəyən şəxslərə bu xeyirxah işi icmalarla birgə uşaq və qocalar evlərində, həmçinin kimsəsizlər üçün təşkil etmələrini tövsiyə ediblər” – deyə açıqlamada bildirilir.

Daha sonra qeyd olunur ki, bu gün Gəncədə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Dövlət Komitəsinin yerli şöbəsinin iştirakı ilə şadlıq saraylarının birində dindarlar, imkansızlar və şəhid ailələri üçün iftar süfrəsi təşkil ediləcək. Bu cür iftar süfrələrinin bütün Ramazan ayı boyunca, xüsusən əhya gecələrində təşkili nəzərdə tutulur: “Dövlət Komitəsi bildirir ki, bu kimi fakta əsaslanmayan və səthi xarakterli açıqlamalar müstəqil dövlətçiliyimizə xor baxan qüvvələrin “anti-təbliğat” dəyirmanına su tökür və milli maraqlarımızla ziddiyyət təşkil edir. Komitə mövzu ilə bağlı vəziyyəti nəzarətdə saxlayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR