Bank Of Baku

İran ali dini rəhbərinin müavini Allahşükür Paşazadəyə məktub göndərib

İran ali dini rəhbərinin müavini Allahşükür Paşazadəyə məktub göndərib
# 06 avqust 2012 09:20 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İranın ali dini rəhbəri Xamneyiyə təbrik məktubu ünvanlayıb. APA-nın məlumatına görə, QMİ sədri ali dini rəhbəri Yeni ilin gəlişi münasibətilə (Hicri-şəmsi təqvimi ilə) təbrik edib.

İİR Ali Dini rəhbərin Administrasiyası beynəlxalq əlaqələr üzrə müavini Möhsün Qumi isə bununla əlaqədar QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadəyə təşəkkür məktubu göndərib: “Qarşılıqlı olaraq səmimi təbriklərimi bildirir və sevinc, səadət və xoşbəxtliklə dolu bir il arzulayıram. Uca və qadir olan Allahın dərgahından cənabınıza günbəgün artan müvəffəqiyyətlər, böyük İslam ümmətinə, xüsusilə Azərbaycan Respublikasının dost və qardaş xalqına izzət və ucalıq diləyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR