Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsi İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi ilə birlikdə iftar süfrəsi təşkil edib

Qafqaz Müsəlmanları İdarəsi İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi ilə birlikdə iftar süfrəsi təşkil edib
# 10 avqust 2012 10:15 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Bakıdakı Təzəpir Məscid Kompleksinin mərasim zalında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi ilə birlikdə iftar süfrəsi təşkil edib. APA-nın məlumatına görə, mərasimdə QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə, QMİ rəhbərliyinə daxil olan digər şəxslər, tanınmış din xadimləri, ziyalılar və İranın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Qurani-Kərim tilavəti və iftar süfrəsindən sonra İranın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Höccətül-İslam vəlmüslimin Seyid Əli Əkbər Ocaqnejad çıxış edib. O, iftar mərasiminin təşkil olunmasına görə, Şeyxülislam Allahşükür Paşazadəyə təşəkkür edib, həmçinin müqəddəs Ramazan ayı barədə danışıb. Ocaqnejad Dağlıq Qarabağ da daxil olmaqla zəbt edilən ərazilərin işğaldan azad olunmasını, dünyaya sülh və əmin-amanlıq arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR