Bank Of Baku

Azərbaycanda bu gün bayram axşamı, sabah Ramazan bayramıdır

Azərbaycanda bu gün bayram axşamı, sabah Ramazan bayramıdır
# 18 avqust 2012 11:31 (UTC +04:00)
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. O bildirib ki, bu gün bayram axşamıdır. Avqustun 19-da Azərbaycan məscidlərində, o cümlədən “Təzəpir” məscidində bayram namazı qılınacaq.

Qeyd edək ki, Azərbaycanda Ramazan bayramı ilə əlaqədar üç gün qeyri-iş günü olacaq. Ramazan bayramı ilə əlaqədar bu il 19-20 avqust tarixləri qeyri-iş günü elan edilib. 19 avqust bazar gününə təsadüf etdiyindən, bayramdan sonrakı növbəti iş günü – 21 avqust tarixi də qeyri-iş günü elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR