Bank Of Baku

Azərbaycanda dini qurumların dövlət qeydiyyatı üçün sənəd qəbulu qaydasında yenilik edilib

Azərbaycanda dini qurumların dövlət qeydiyyatı üçün sənəd qəbulu qaydasında yenilik edilib
# 22 avqust 2012 13:32 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Azərbaycanda dini qurumların dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin internet vasitəsilə qəbulu elan edilib. APA-nın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) saytında tələb olunan sənədlərin siyahısı yerləşdirilib (İslam dini icmalarının sənədləri QMİ-dən göndərilir).

Sənədlərin sırasına ərizə (azı 50 nəfər təsisçi tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir), ərizəyə 1 №-li əlavə, dini icmanın Nizamnaməsi, dini icmanın təsis protokolu, dövlət rüsumunun ödənilməsi haqqında sənəd, təsisçilərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti; dini icmanın hüquqi ünvanını təsdiq edən sənəd, dini mərkəzin (idarənin) təqdimatı daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR