Bank Of Baku

Allahşükür Paşazadə Xasavyurtda baş vermiş terror aktı ilə əlaqədar QMİ-nin Dərbənd üzrə səlahiyyətli nümayəndəsini Azərbaycana çağırıb

Allahşükür Paşazadə Xasavyurtda baş vermiş terror aktı ilə əlaqədar QMİ-nin Dərbənd üzrə səlahiyyətli nümayəndəsini Azərbaycana çağırıb
# 23 avqust 2012 13:27 (UTC +04:00)
Bu barədə APA-ya QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. Onun sözlərinə görə, maddi yardım QMİ-nin cənub bölgəsi üzrə qazisi Sədi Axundzadə vasitəsilə çatdırılıb. S. Axundzadə Astara rayonunun Pensər kəndində olaraq yas mərasimində iştirak edib, həmçinin mərhumun ailə üzvlərinə QMİ sədrinin başsağlığını çatdırıb.

Bundan başqa, Şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Dərbənd üzrə səlahiyyətli nümayəndəsi Şihabuddin Kərimovu Bakıya çağırıb. Ş. Kərimova İmam Əli məscidindəki hadisə zamanı yaralanmış və hazırda Dağıstanda müalicə olunan 7 azərbaycanlıya baş çəkmək, həmçinin onlara maddi yardım ayırmaq tapşırılıb.

Qeyd edək ki, avqustun 18-i saat 20.50 radələrində Dağıstan Respublikasının Xasavyurt şəhərinin Maqidov küçəsi, 107 saylı ünvanında yerləşən İmam Əli məscidində terror aktı törədilib. Hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Ölən və yaralıların hamısı Azərbaycan vətəndaşı olduğu bildirilir. Terror aktı nəticəsində həlak olan 17 yaşlı Elmin Elxan oğlu Cəfərov doğulduğu Astara rayonunun Pensər kəndinə gətirilərək torpağa tapşırılıb.

Yaralıların müalicəsi Xasavyurtda davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR