Bank Of Baku

Allahşükür Paşazadə Misirin Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib - FOTO

Allahşükür Paşazadə Misirin Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib - <font color=red>FOTO</font>
# 28 avqust 2012 13:07 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Sabir Mansuru diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Mansur Azərbaycanda çalışdığı müddətdə ona göstərilən diqqət və qayğıdan razı qaldığını söyləyib: “Bir neçə gündən sonra bu gözəl ölkənizi tərk edirəm. Azərbaycanda işlədiyim müddətdə həmişə diqqət və qayğı ilə əhatə olundum. Səfir kimi fəaliyyətim üçün hər cür şərait yaradılmışdı. Buna görə də Azərbaycan rəhbərliyinə minnətdarlığımı bildirirəm. İnanıram ki, sizinlə bundan sonra da görüşəcəyik. Misirə səfərləriniz zamanı sizi Qahirədə qarşılamaqdan şərəf duyardım”.

S. Mansur yeni səfirin yaxın günlərdə Bakıya gələcəyini açıqlayıb.

Misirin qədim və şərəfli bir keçmişə malik olduğunu, dünya tarixində mühüm rol oynadığını bildirən A. Paşazadə Azərbaycanla bu ölkə arasında həmişə xoş münasibətlər olduğunu deyib: “Ölkələrimiz arasında münasibətlərin qədim tarixi var. Müxtəlif siyasi quruluşlar bu əlaqələrin inkişafına mane ola bilməyib. Hələ sovetlər dönəmində Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələr olmadığından azərbaycanlı zəvvarların Həcc ziyarətini təşkil etməkdə Misir dövləti bizə kömək edirdi. Müstəqillik qazandıqdan sonra ölkələrimiz arasında əlaqələr sürətlə inkişaf etməyə başladı”.

Görüşün sonunda şeyxülislam S. Mansura xatirə hədiyyəsi təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR