Bank Of Baku

İran Qafqaz Müsəlmanları İdarəsinə Həcc ziyarəti ilə bağlı kömək təklif edib

İran Qafqaz Müsəlmanları İdarəsinə Həcc ziyarəti ilə bağlı kömək təklif edib
# 06 sentyabr 2012 15:13 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu təklifi İranın vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə səsləndirib. “Biz zəvvarlarla bağlı əlimizdən gələn köməyi etməyə hazırıq” – deyə, İranın vitse-prezidenti bildirib.

QMİ sədri Allahşükür Paşazadə isə bu təklifə görə təşəkkür edib.

Xatırladaq ki, əvvəlki illərdə Həcc ziyarətinə avtobusla gedən azərbaycanlı zəvvarlar İran ərazisindən də keçirdilər. Bu ildən QMİ Həcc ziyarətinə avtobus səfərlərini ləğv edib. Belə ki, azərbaycanlı zəvvarlar Həccə yalnız təyyarə ilə gedəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR