Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 10 cəzaçəkmə müəssisəsində və 2 şəhərdə tədbirlər keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 10 cəzaçəkmə müəssisəsində və 2 şəhərdə tədbirlər keçirib
# 13 sentyabr 2012 08:38 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Sülh aylığı” çərçivəsində sülh və insan hüquqlarının təbliği, din sahəsində dözümlülüyün, dinlərarası dialoqun gücləndirilməsi, ölkədə mövcud olan tolerantlıq ənənələrinin möhkəmləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirib. Bu barədə APA-ya komitənin mətbuat xidmətindən bildirilib.

Kürdəmir şəhərində din xadimlərinin və ağsaqqalların iştirakı ilə “Dindarlar sülhün carçılarıdır” mövzusunda konfrans, Lənkəran şəhər İcra Hakimiyyəti ilə birgə rayon ictimaiyyətinin iştirakı ilə Heydər Əliyev İdarəçilik Universitetində “Dəyirmi masa”, Ağcabədi rayonunda ağsaqqalların və ziyalıların iştirakı ilə seminar-treninq, Quba rayonunda isə dindarların iştirakı ilə seminar keçirilib. Mövzu ətrafında məruzə və çıxışlar edilib, dindarların sülhün, barışın, xeyirxahlığın təbliği istiqamətində həyata keçirdikləri missiya barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Sülh aylığı” çərçivəsində analoji tədbirlərin ölkənin digər regionlarında da keçirilməsi planlaşdırılır. Bundan başqa, ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına (MFP) uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birlikdə məhkumların vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirmə işinin aparılması məqsədilə 1, 2, 4, 6, 7, 9, 10, 11, 13 və 14 saylı cəzaçəkmə müəssisələrində “Azərbaycanda dövlət-din münasibətləri”, “Azərbaycanda İslam ənənələri”, “İslamda əxlaq”, “İslamda intihara münasibət” və s. mövzularda əlavə tədbirlər keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR