Qafqaz Müsəlmanları İdarəsi: “Müsəlmanların məsumiyyəti” adlı film islamafobiyanın növbəti göstəricisidir
Sənəddə bildirilir ki, bu günlərdə ABŞ vətəndaşı rejissor Sem Besilin çəkdiyi “Müsəlmanların məsumiyyəti” adlı film islamafobiyanın növbəti göstəricisinə çevrilib: “Peyğəmbərimiz Hz. Məhəmmədi (s) təhqiramiz şəkildə təsvir edən bu üzdəniraq filmin nümayişi müsəlman dünyasının haqlı narazılığına və belə təxribatın acı nəticəsi kimi Liviyada Amerika səfirliyi əməkdaşlarının qətlinə səbəb olub. Nümayiş və etirazların dalğası bütün müsəlman dünyasını bürüməkdə və neçə-neçə günahsız insanın ölümünə yol açmaqda davam edir.
Son dövrün tarixi, özəlliklə özünü insan haqlarının və demokratiyanın müdafiəçisi kimi qələmə verən bəzi Qərb dövlətlərinin müsəlman ümmətinə qarşı irqçi və aqressiv münasibəti demokratik prinsiplərin tənəzzülə uğradığına dəlalət edir. Bir sıra müsəlman ölkələrində müqəddəs ziyarətgahların bombalanması, cümə namazlarında, bayram və matəm mərasimlərində dinc əhalinin terrora məruz qalması, Qur`anın hərbçilər tərəfindən nişangaha çevrilməsi, müqəddəs kitabımızın üzdəniraq pastor tərəfindən tonqallara atılması və nəhayət, son hadisə - İslam Peyğəmbərini təhqir edən bədnam “Müsəlmanların məsumiyyəti” filminin yaratdığı faciəli fəsadlar bütün dünyada humanizmə, ədalətə, bərabərlik və qardaşlığa olan ümidləri zəiflədir, dini və milli zəmində qarşıdurma və nifaq mühitinə yol açır. Bu son dərəcə məsuliyyətsiz əməllər məxsusi olaraq İslam dininə qarşı yönəldiyi üçün biz belə faktları ümumbəşəri sülhün pozulması, qütbləşmənin dərinləşməsi, dinlərarası və millətlərarası dialoqa vurulan zərbə kimi dəyərləndiririk.
Müsəlmanların haqlı qəzəb və hiddətinə səbəb olan bu hadisənin törədilməsi sivilizasiyalar arasında toqquşma yaratmaqdan başqa heç nəyə xidmət etmir. Bizi ən çox narahat edən və düşündürən odur ki, əsrlər boyu müsəlmanlar Qur`ani-Kərimdə Həzrət İsanın, Məryəm ananın, Həzrət Musanın adlarını ehtiramla zikr edir, Əhli-Kitaba hörmət ruhunda tərbiyə olunur və qarşı tərəfin də nümayəndələrindən eyni nəzakətli münasibəti gözləyirlər. Milli, dini və irqi zəmində zaman-zaman təkrar olunan bu ləyaqətsiz hərəkətlərə biz dini dözümsüzlük, ideoloji təxribat və cəzası vacib olan cinayət əməli kimi qiymət verir və hesab edirik ki, məhz cəzasızlıq sindromu yeni cinayətlərin, təxribatların, hətta terrorun təkrarlanmasına münbit şərait yaradır. Bu gün özünü “demokratiya beşiyi” adlandıran bir sıra dövlətlərin başçıları, din və ictimaiyyət xadimlərinin bu barədə ciddi düşünmək vaxtı çatmışdır. Unutmaq olmaz ki, bəşəriyyətin ən böyük bəlası olan terrorun qarşısını almaq üçün ilk növbədə terroru maddi və mənəvi cəhətdən dəstəkləyənləri cəzalandırmaq lazımdır. Qarabağ işğalına, Xocalı soyqırımına, erməni terroruna məruz qalan Azərbaycan xalqının nümayəndəsi kimi, biz terrorun bütün təzahürlərinə qarşı olduğumuzu bəyan edir, dini və milli ekstremizmi qətiyyətlə pisləyirik. Biz millətlər və dinlər arasında nifaq salan təxribatçı qüvvələrin hərəkətlərinə hüquqi qiymət verilməsini, bu olaylarda günahkar olan Sem Besilin, Terri Consun və digər səbəbkarların ədalət məhkəməsinə cəlb olunmasını tələb edirik.
Qafqaz Müsəlmanları İdarəsi olaraq, İslama və Peygəmbərimiz Hz. Məhəmməd salavatullaha qarşı təhqirlərin müsəlman dünyasında törətdiyi hadisələrin daha ağır nəticələr verəcəyindən narahatlığımızı bildirir, bu dünyada haqqın qələbəsinə inanan bütün insanları, dilindən, dinindən, milliyyətindən asılı olmayaraq bütün mütərəqqi ictimaiyyəti dini dözümsüzlüyə qarşı ciddi tədbirlər görməyə və birgə səy göstərməyə dəvət edirik. Gələcəkdə baş verə biləcək daha qorxulu fəlakətlərin, nüvə silahı qədər dağıdıcı gücə malik partlayışların qarşısını almaq üçün dünya dövlət başçılarının və din xadimlərinin ən yüksək məqamlarda söz deməsinin vaxtı çatmışdır. Bu müraciətdəki mövqeyimiz – bütün Qafqaz müsəlmanlarının iradəsinin və ədalət tələbinin ifadəsidir”.
Din
Dövlət Komitəsi: İrəvandakı Göy məsciddə baş verənlər bəşəri dəyərlərə hörmətsizlikdir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Dini konfessiyaların rəhbərləri Zəfər Tağını ziyarət ediblər
Səudiyyə Ərəbistanından Azərbaycana 46.5 ton qurban əti göndərilib - FOTO
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib