Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi loqo seçimi üçün müsabiqə elan edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi loqo seçimi üçün müsabiqə elan edib
# 21 sentyabr 2012 09:43 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni saytının yaradılması ilə bağlı təkliflərin qəbul olunması və loqo seçimi üçün müsabiqə elan olunması məqsədilə mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, dövlət komitəsinin mətbuat katibi Orxan Əli bildirib ki, ilk dəfə olaraq dövlət qurumu öz loqo müsabiqəsini keçirmək üçün qeyri-hökumət təşkilatı ilə birgə əməkdaşlıq edir. Belə ki, dövlət komitəsinin loqo müsabiqəsinin təşkili "Müasir İnkişaf" İctimai Birliyinə həvalə olunub.

Loqonun konsepsiyası barədə məlumat verən "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü qeyd edib ki, loqo Azərbaycanda müxtəlif dinlərin mövcudluğunu, onların təmsilçilərinin dinc birgəyaşayışını, dünyəvi və müasir inkişaf yolu seçmiş dövlətin tolerantlıq modelini tanıtmalı və təbliğ etməlidir. Bununla yanaşı, loqoda dövlətçilik, vətəndaş həmrəyliyi kimi məqamlar öz əksini tapmalıdır. 35 yaşa qədər yaradıcı və aktiv gənclər müsabiqədə iştirak edə bilər. Müsabiqənin qalibi 500 manat və diplomla mükafatlandırılacaq.

Orxan Əli komitənin yeni rəsmi saytının hazırlanması haqda da açıqlama verib. O bildirib ki, dini icmalar, ictimaiyyət nümayəndələri və jurnalistlər yeni saytın hazırlanması ilə bağlı fikir və təkliflərini verə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR