Bank Of Baku

Moskva meriyası məscid tikintisi barədə qərarını ləğv edib

Moskva meriyası məscid tikintisi barədə qərarını ləğv edib
# 21 sentyabr 2012 10:52 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. Moskva meriyası paytaxtın şimal-qərb bölgəsi olan Mitinoda məscid tikilməsi ilə bağlı qərarını ləğv edib. APA-nın Rusiya bürosunun məlumatına görə, meriya qərarın ləğv edilməsinə səbəb kimi həmin bölgədə yaşayan vətəndaşların etirazını gösərib.

Qeyd edək ki, bir müddət əvvəl meriya paytaxtda 35 metr hündürlüyündə yeni məscid tikilməsi ilə bağlı qərar verib. Meriya tərəfindən Rusiya Müsəlman Təşkilatlarının Birləşmiş İslam Mərkəzi üçün Moskvanın şimal-qərbində 0,35 hektar yer də ayrılıb. Qərara əsasən, həmin ərazidə məscidlə yanaşı İslam humanitar mərkəzi tikilməli idi. Bu məscid ərazisinə görə, MDB-nin ən böyük məscidi olacaq, Cümə namazı vaxtı 60 min mömin eyni vaxta ibadət edə biləcəkdi.

Dünən məscidin tikiləcəyi Mitino bölgəsində 1500 nəfərə yaxın insan etiraz aksiyası keçirib. Onlar məscidin tikilməsi ilə bağlı qərarın ləğv edilməsini tələb ediblər. Etiraz aksiyası zaman 3 nəfər həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR