Bank Of Baku

“Xanım Zeynəb fədakarlıq və yenilməzlik simvolu” mövzusunda dəyirmi masa keçirilib

“Xanım Zeynəb  fədakarlıq və yenilməzlik simvolu” mövzusunda dəyirmi masa keçirilib
# 09 mart 2007 15:03 (UTC +04:00)
İçərişəhər “Cümə” məscidi dini icmasının xanımlar heyətinin təşəbbüsü ilə İmam Hüseynin (ə) və onun məsləkdaşlarının Kərbəlada qəhrəmancasına şəhid olmasının 40-cı günü münasibətilə “Xanım Zeynəb fədakarlıq və yenilməzlik simvolu” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, İçərişəhər “Cümə” məscidi dini icmasının xanımlar heyətinin üzvü Humay Həsənova Kərbəla müsibətinin fəlsəfəsinin dünyaya Zeynəb tərəfindən çatdırıldığını qeyd edib. Onun sözlərinə görə, Zeynəb həm də İslamda nümunəvi qadın kimi özünə yer tutub. H. Həsənova İslamda qadının xüsusi yeri olduğunu da deyib: “İslamı qəbul edənlərin sırasında ilk yerlərdən birini qadınlar tutur. İslamın ilk şəhidi də Sümayyə adlı qadın olub”. İçərişəhər “Cümə” məscidi dini icmasının rəhbəri İlqar İbrahimoğlu Zeynəbin fədakarlığından danışıb. O bildirib ki, Zeynəb İmam Hüseyn Kərbəla inqilabının mahiyyətini insanlara bəlli edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR