Biləsuvarda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun iştirakı ilə müşavirə keçirilib
13 mart 2007 14:02 (UTC +04:00)
Bu gün Biləsuvar Rayon İcra Hakimiyyətində (RİH) Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucovun iştirakı ilə müşavirə keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, rayondakı məscid və dini icmaların nümayəndələrinin də qatıldığı müşavirəni Biləsuvar RİH-in başçısı Adil Məmmədov açaraq, rayonda milli-mənəvi dəyərlərin həmişə uca tutulduğunu, dini mərasimlərin keçirilməsi üçün dindarlara hər cür şərait yaradıldığını bildirib. QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və DQİDK sədri Hidayət Orucov müşavirədə çıxış edərək, Azərbaycanda dini tolerantlığın mövcudluğundan, dinlərarası münasibətlərin yüksək səviyyədə olmasından danışıblar.
Qeyd edək ki, Şeyxülislam Hacı Allahşükür Paşazadə və Hidayət Orucov Biləsuvardan Cəlilabada gediblər. Sabah isə onların Astara və Lənkəranda olacağı gözlənilir. /APA/
Qeyd edək ki, Şeyxülislam Hacı Allahşükür Paşazadə və Hidayət Orucov Biləsuvardan Cəlilabada gediblər. Sabah isə onların Astara və Lənkəranda olacağı gözlənilir. /APA/
Din
Həcc vizası olmadan ziyarətə gedənlər cərimələnəcək
18:38
7 may 2024
Baş katib: Sülh dialoqları davamlı xarakter almalıdır
18:25
1 may 2024
Avropa Ravvin Konqresinin nümayəndəsi: Dinlərarası dialoqa inanırıq
17:55
1 may 2024
Moratinos: Dinlərarası dialoq siyasətin əsas hissələrindən olmalıdır
17:43
1 may 2024