Bakıda “Heydər Əliyev və Azərbaycanda din siyasəti: Gerçəkliklər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək
28 mart 2007 09:26 (UTC +04:00)
Aprelin 3-4-də Bakıda “Heydər Əliyev və Azərbaycanda din siyasəti: Gerçəkliklər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA-ya eksklüziv açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov məlumat verib. Komitə sədri bildirib ki, beynəlxalq konfransda dünyanın 21 ölkəsindən nümayəndələr iştirak edəcək. Onların arasında din siyasəti ilə məşğul olan dövlət rəsmiləri, din xadimləri, ilahiyyatçılar, Azərbaycanşünaslar, qafqazşünaslar, politoloqlar və bir sıra ölkələrin Azərbaycandakı səfirləri də olacaq. Tədbirdə iştirak edən xarici qonaqlar məruzələrlə çıxış edəcək. Bundan başqa, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə də tədbirdə çıxış edəcək. Konfransın yekunu olaraq qətnamə, Azərbaycan prezidentinə və beynəlxalq təşkilatlara müraciətlər qəbul ediləcək. H. Orucov “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunun olduqca geniş əhatəli olduğunu deyib: “Azərbaycanın dini durumundakı müsbət tərəflər, dini etiqad azadlığının təmin olunması, konfessiyalararası mehriban münasibətlər, milli və dini azlıqlara qarşı tolerantlıq və bu tolerantlığın dövlət siyasəti kimi həyata keçirilməsi böyük əhəmiyyət daşıyır”. /APA/
Din
Baş katib: Sülh dialoqları davamlı xarakter almalıdır
18:25
1 may 2024
Avropa Ravvin Konqresinin nümayəndəsi: Dinlərarası dialoqa inanırıq
17:55
1 may 2024
Moratinos: Dinlərarası dialoq siyasətin əsas hissələrindən olmalıdır
17:43
1 may 2024
Allahşükür Paşazadə Cənubi Qafqazda sülhə çağırış edib
17:40
1 may 2024